525.Az

Levandovski Peleni geridə qoydu


 

Levandovski Peleni geridə qoydu<b style="color:red"></b>

Polşa millisinin futbolçusu Robert Levandovski milli komandaların bombardirləri siyahısında braziliyalı əfsanəvi oyunçu Peleni qabaqlayıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna DÇ-2022-nin 1/8 finalında Fransa ilə görüşdə (1:3) penaltini dəqiq yerinə yetirməklə nail olub. Nəticədə Levandovski millidə 78-ci qolunu vurub. 

O, ümumilikdə yığma komandaların bombardirləri siyahısında Peleni (77 qol) qabaqlayıb. Forvard hazırda iraqlı Hüseyn Səidlə 9-cu yeri bölüşür. Sıralamaya Kriştiano Ronaldo liderlik edir (118 qol). Əli Daei (İran) 109 qolla 2-ci, Lionel Messi (Argentina) 94 qolla 3-cüdür.

Qeyd edək ki, Levandovski 2008-ci ildən Polşa millisində oynayır.

Əlavə edək ki, Polşa DÇ-2022-nin 1/8 finalında Fransaya 1:3 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.

 





04.12.2022    çap et  çap et