525.Az

Türkiyə müdafiə naziri Azərbaycana səfər edəcək - Yenilənib


 

Türkiyə müdafiə naziri Azərbaycana səfər edəcək - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək.

Bu barədə 525.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

***

Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana rəsmi səfər edəcək.

525.az xəbər verir ki, türkiyəli nazirin səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

"Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşayiəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana rəsmi səfər edəcək", məlumatda qeyd olunub.

 





05.12.2022    çap et  çap et