525.Az

Moskvada Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb


 

Moskvada Ceyhun Bayramov və Lavrov arasında görüş başlayıb<b style="color:red"></b>

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş başlayıb.

525.az xəbər verir ki, ikitərəfli görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

Görüşün protokol hissəsində nazirlər çıxış ediblər.

Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan başqa C. Bayramov və S. Lavrov 2023-2024-cü il üçün XİN-lərarası Məsləhətləşmələr Planı imzalayacaq.

Görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.

 





05.12.2022    çap et  çap et