https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg Başlığı insanları təbdən çıxaran xəbərlər - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Sözün ucalığına doğru - Eldar İskəndərzadənin 60 yaşına
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"
https://525.az/img/pics/medium/2023-05/269387_2n0h6e11dm.jpg Dayanan zaman - Orxan Aras yazır
search
23 Aprel 2024

Şəhriyar Məmmədyarov 3-cü oldu

Şəhriyar Məmmədyarov 3-cü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” blits turnirində çıxışlarını başa vurub. 

Qol.az Azərbaycan Şahmat Federasiyasının saytına istinadən xəbər verir ki, o, yarışın ikinci günündə daha doqquz oyun keçirib. Məmmədyarov görüşlərindən birini qələbə, beşini heç-heçə ilə başa vurub, üç görüşdə isə məğlub olub. Bu nəticə ilə xallarının sayını 9,5-ə çatıran təcrübəli qrossmeysterimiz turniri üçüncü sırada tamamlayıb.

Qalib 12,5 xalla hindistanlı Arcun Eriqaisi olub. Ondan bir xal geri qalan ABŞ təmsilçisi Hikaru Nakamura isə ikinci yeri tutub.

Xatırladaq ki, Məmmədyarov daha əvvəl “Tata Steel İndia”da rapid yarışında qüvvəsini sınayıb və altıncı olub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.