525.Az
Ukrayna TANAP-da iştirak imkanını araşdırır
Ukrayna Trans-Anadolu (“Trans Anadolu Pipeline”, TANAP), qaz kəməri layihəsinin tikintisində iştirak etmək imkanlarını dəyərləndirir.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, “Ukrtranqaz” şirkəti baş mühəndisinin müavini Oleq Mixaleviç bu açıqlama ilə çıxış edib.
“TANAP-ın çox güclü layihə olacağını nəzərə alaraq, Ukrayna bu qaz kəmərinin Ukrayna ərazisindən keçməsində maraqlıdır” - deyə,o, bildirib.
Mənbə xatırladıb ki, bir müddət öncə Ukraynanın keçmiş energetika və daş kömür sənayesi naziri Eduard Stavitski ölkəsinin bu layihədə iştirak etməyə hazır olduğunu bəyan etmişdi.
26.06.2014 çap et