525.Az

Zubirdən "Qarabağ"da yubiley qolu


 

Zubirdən "Qarabağ"da yubiley qolu<b style="color:red"></b>

"Qarabağ"ın futbolçusu Abdullah Zubir komandada 40-cı qolunu vurub.

525.az Qol.az-a istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan derbisinə təsadüf edib. O, Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” ilə səfər matçında (4:0) fərqlənib.

Abdullah 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb. Zubir “Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə çempionat matçında (4:1) vurub.

Qeyd edək ki, Zubir “Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur. (PFL)

 

 

 

 





05.12.2022    çap et  çap et