“UNEC kitabxanalarında oxucu sayının artması bizi çox sevindirir”.
Bunu 525.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, noyabrda UNEC kitabxanalarında ümumi oxucu sayı 60968, o cümlədən 12420 magistr, 165 doktorant və dissertant, 87 müəllim olmuşdur. Bu dövrdə gecə oxucuları 745 , şənbə - bazar günlərində isə 3632 nəfər təşkil edib:
“8612 nüsxə kitab verilmişdir. UNEC elektron kitabxanadan 8750 istifadəçi yararlanıb, sosial media və kitabxana veb səhifəsi üzərindən 3015 istifadəçi-izləyici sorğusu cavablandırılıb.
Noyabrda UNEC tələbələrinin ən çox oxuduğu kitablar -Qruber C. Dövlət maliyyəsi və dövlət siyasəti, Kruqman P.R. Beynəlxalq iqtisadiyyat və Menkyu N.Q. Ekonomiksin əsasları”.
Sevinc Qarayeva