525.Az

UNEC daha iki universitetlə ikili diplom proqramına başlayır


 

UNEC daha iki universitetlə ikili diplom proqramına başlayır<b style="color:red"></b>


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin Ege və Uludağ universitetləri ilə ikili diplom proqramına qısa zamanda start veriləcək.

Bu barədə 525.az-a UNEC-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, UNEC bu il 23 xarici ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Həmçinin universitetdə bakalavriat və magistratura pilləsi üzrə xarici universitetlərlə 7 ikili diplom proqramı həyata keçirilir.

Sevinc Qarayeva 

 





05.12.2022    çap et  çap et