525.Az

Nigeriyada seçki komissiyasının ofisinə silahlı hücum olub


 

Nigeriyada seçki komissiyasının ofisinə silahlı hücum olub<b style="color:red"></b>

Nigeriyanın İmo ştatında Müstəqil Milli Seçki Komissiyasının (INEC) ofisinə hücum edildiyi bildirilib. 

525.az xəbər verir ki, INEC Rabitə və Təhsil Komissiyasının sədri Festus Okoye bildirib ki, INEC-in Orlu bölgəsindəki ofisinə hələlik şəxsiyyəti müəyyən edilməyən silahlı şəxslər tərəfindən hücum edilib. 

Okoye hücumda ofisin zərər gördüyünü, seçki qutularının və yüzlərlə seçici vəsiqəsinin məhv edildiyini bildirib. Noyabrın 28-də silahlı şəxslər Ebonyi əyalətindəki ofisə də hücum ediblər. 

Qeyd edək ki, sentyabrın 29-da Nigeriyada prezident seçkilərində mübarizə aparacaq 18 namizəd və partiya liderləri sülh sazişi imzalayıb. INEC-in prezidenti Mahmud Yakubu noyabrın 12-də verdiyi açıqlamada 25 fevralda keçiriləcək prezident seçkiləri ilə əlaqədar ictimaiyyəti zorakılıqdan çəkinməyə çağırıb.

Malik Atilay

 





05.12.2022    çap et  çap et