525.Az

Magistral yolda sürüşmə - 3 nəfər ölüb


 

Magistral yolda sürüşmə - <b style="color:red">3 nəfər ölüb</b>

Kolumbiyada magistral yolda baş verən torpaq sürüşməsi nəticəsində ilk məlumatlara görə 3 nəfər ölüb, 20-dən çoxu isə uçqun altında qalıb. 

525.az xəbər verir ki, Risaralda inzibati bölgəsində Kali-Kondoto yolunda torpaq sürüşməsi baş verib. Sərnişin avtobusu və bir çox nəqliyyat vasitəsinin zərər gördüyü fəlakətdə indiyədək 3 nəfər həyatını itirib. 20-dən çox insanın torpaq altında qaldığı bildirilib. 

Bölgəyə çoxlu sayda mülki müdafiə, yanğınsöndürmə, polis və təcili yardım qrupları göndərilib. Risaralda valisi mətbuata verdiyi açıqlamada indiyə qədər 9 nəfərin torpaq sürüşməsindən xilas edildiyini, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib. 

Prezident Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada hadisədən çox təəssüfləndiklərini deyib: "Dağıntılar altında qalanların xilas edilməsi üçün hər cür səy göstərilir. 9 nəfər xilas edilib, 3 nəfər ölüb, səylər davam etdirilir. 20-dən çox adamı xilas etmək üçün işlər davam edir. Bu faciədir".

Qeyd edək ki, ölkədə aylardır davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində onlarla insan həyatını itirib.

Malik Atilay

 





05.12.2022    çap et  çap et