525.Az

Dünyanın ən çirkli paytaxtı tədbirləri sərtləşdirir


 

Dünyanın ən çirkli paytaxtı tədbirləri sərtləşdirir<b style="color:red"></b>

Dünyanın ən çox hava çirkliliyinə malik paytaxtlı olan Yeni Dehlidə hökumət hava çirkliliyinə qarşı yeni tədbirlər görüb.

525.az xəbər verir ki, hava çirkliliyi ilə mübarizə aparan Hindistanın paytaxtı Yeni Dehlidə yerli vaxtla saat 16:00-da Hava Keyfiyyəti İndeksi (AQI)  407-yə yüksəlib. Yeni Dehlidə dumanla örtülmüş təhlükəli hava çirkliliyi hökuməti yeni tədbirlər görməyə sövq edib. Bu çərçivədə bütün özəl tikinti işlərinin və bir çox söküntü işlərinin, eləcə də kərpic sobası fəaliyyətinin dayandırıldığı bildirilib. 

Ekologiya, Meşə Təsərrüfatı və İqlim Dəyişiklikləri Nazirliyinin Xüsusi Komissiyası paytaxt sakinlərini mümkün qədər evdən işləməyə və şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb. Bildirilib ki, əyalət hökumətləri havanın çirklənməsi ilə mübarizə planının bir hissəsi olaraq dizel və benzinlə işləyən avtomobillərin hərəkətinə qadağa qoya bilər. 

Yeni Dehlidə havanın çirklənməsinə görə keçən ay ibtidai məktəblər bağlansa da, sonradan yenidən açılıb. "Greenpeace" ətraf mühit təşkilatının məlumatına görə, Yeni Dehli son dörd ildə dünyanın ən çirkli paytaxtı olub.

Malik Atilay

 





05.12.2022    çap et  çap et