|
|
|
|
Nigeriyanın şimal-şərqindəki "Boko Haram" terror təşkilatından qaçaraq qonşu ölkələrə sığınan 5704 nəfər evinə qayıdıb.
525.az xəbər verir ki, Nigeriya Qurbanlarına Dəstək Fondunun (VSF) rəhbəri Lawal Alao verdiyi açıqlamada hərbçilərin Borno əyalətinin Martte bölgəsində təhlükəsizliyi bərpa etdiyini bildirib.
6 il əvvəl bu bölgədə "Boko Haram" hücumları səbəbiylə qaçaraq qonşu ölkələr Kamerun və Nigerə sığınan 5704 nəfərin evlərinə qayıtdığını qeyd edən Alao, geri qayıdanların hökumət tərəfindən tikilən binalara yerləşdirildiyini bildirib. Nigeriyada 2000-ci illərin əvvəllərindən 2009-cu ildən bəri mövcud olan "Boko Haram"ın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.
Qeyd edək ki, ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan miqrasiya etməli olub.
Malik Atilay