525.Az

Vulkan lavaları yaşayış məskənlərinə yaxınlaşıb


 

Vulkan lavaları yaşayış məskənlərinə yaxınlaşıb<b style="color:red"></b>

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı aktivləşdikdən sonra ətraf kəndlərdə yaşayan 2000-ə yaxın insan təxliyə edilib. 

525.az xəbər verir ki, BBC-nin xəbərinə görə, İndoneziya Milli Fəlakət İdarəsi Agentliyi (BNPB) Semeru vulkanı ətrafındakı kəndlərdə aralarında uşaq və qocaların da olduğu 1969 nəfərin təhlükəsiz bölgələrə təxliyə edildiyini açıqlayıb. 

Yaxınlıqdakı 6 kəndin hadisədən təsirləndiyi, lakin xəsarət alan olmadığı bildirilib. İndoneziya Nəqliyyat Nazirliyindən verilən açıqlamada vulkanın yaratdığı kül və tüstünün hava nəqliyyatında hər hansı bir ləngimə yaratmadığı, lakin bölgədəki hava limanlarının diqqətli olması lazım olduğu bildirilib. 

Semeru vulkanından püskürən sıx kül və tüstünün 1500 metr hündürlüyə çatdığı və həyəcan səviyyəsinin ən yüksək səviyyəyə qaldırıldığı qeyd edilib.

Malik Atilay

 





05.12.2022    çap et  çap et