525.Az

“Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar”


 

“Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar”<b style="color:red"></b>

“Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar”.

525.az xəbər verir ki, bunu "İran yeni baxış bucağında" adlı tədbirdə Cənubi Azərbaycanın milli fəalı, "Gunaz TV"-nin rəhbəri Əhməd Obalı deyib.

Onun sözlərinə görə, bu, qlobal ictimaiyyətdə ciddi sual yarada bilər:

“Hər kəs düşünəcək ki, deməli, bu ölkənin cənubu da var. Biz öz aramızda onsuz da bu addan istifadə edirik, Şimali Azərbaycan, Cənubi Azərbaycan deyirik. Amma beynəlxalq aləmdə də bunu belə tanıtmalıyıq. Biz necə deyəcəyiksə, bütün dünya da elə qəbul edəcək”.

O, ABŞ-ın Cənubi Azərbaycan məfhumuna münasibətilə bağlı deyib ki, Azərbaycanın birləşməsi, Cənubi Azərbaycanın azad olması ABŞ üçün problem olmamalıdır:

"Əgər ABŞ Azərbaycanın vahid olmasına, birləşməsinə etiraz edərsə, biz bu yanaşmanı qəbul etməyəcəyik".

 





05.12.2022    çap et  çap et