525.Az

"Tesla" Çində satılan 400 mindən çox avtomobili geri çağırıb


 

"Tesla" Çində satılan 400 mindən çox avtomobili geri çağırıb<b style="color:red"></b>

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" Çinə ixrac etdiyi 435 132 ədəd "Model 3" və "Model Y" elektrik avtomobilini arxa işıqların yanmamasına səbəb olan proqram səhvinə görə geri çağırıb. 

525.az xəbər verir ki, Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi izahat verib ki, proqram təminatındakı səhv avtomobillər ilk işə salındıqda arxa işıqların sönməsinə səbəb olub və bu, qaranlıq şəraitdə toqquşma riski yarada bilər. 

Açıqlamaya görə, şirkət 27 dekabr 2020-ci il - 7 noyabr 2022-ci il tarixləri arasında istehsal edilən 142 277 "Model" 3 və 1 yanvar 2021-ci il tarixindən bəri istehsal edilən 292 855 "Model Y"də səhvi aradan qaldırmaq üçün nəqliyyat vasitələrini geri çağıracaq və proqram təminatını yeniləyəcək.

Malik Atilay

 





05.12.2022    çap et  çap et