525.Az

Çinin kosmik stansiyasındakı taikonavt heyəti Yerə qayıdıb


 

Çinin kosmik stansiyasındakı taikonavt heyəti Yerə qayıdıb<b style="color:red"></b>

Çinin Yer orbitində qurduğu Tiengong (səma sarayı) Kosmik Stansiyasında taikonavt komandası 6 aylıq missiyasını başa vurduqdan sonra geri qayıdıb. 

525.az xəbər verir ki, CCTV dövlət televiziyasının xəbərinə görə, Chin Dong, Liu Yang və Cai Shujini daşıyan "Shincou-14" kosmik kapsul axşam saatlarında Qobi səhrasındakı Donfinq stansiyasına enib. 

Kosmosda 180 gün qalan taikonavtların sağlamlıqlarının yaxşı olduğu açıqlanıb. "Shincou-14" kosmik gəmisi iyunun 5-də yola salınıb. Kosmik stansiyaya göndərilən üçüncü komanda olan taikonavt qrupu 6 ay ərzində stansiyanın əsas skeletinin quraşdırılması üçün araşdırmalar aparıb və bunun üçün üç dəfə kosmosda gəzinti həyata keçirib. Noyabrın 29-da “Shincou-15” gəmisi ilə stansiyaya göndərilən yeni taykonavt heyəti ilə taykonavtlar orbitdə ilk təhvil-təslim həyata keçiriblər.

Malik Atilay

 





05.12.2022    çap et  çap et