525.Az

İtaliyada müxalifətin nümayişləri zamanı insident baş verib


 

İtaliyada müxalifətin nümayişləri zamanı insident baş verib<b style="color:red"></b>

İtaliyanın Milan şəhərində keçirilən iki fərqli müxalifət nümayişində solçuların, ifrat sağçılara doğru hərəkət etməsindən sonra təhlükəsizlik qüvvələrinin dəyənəklərlə müdaxiləsi nəticəsində qarşıdurma yaranıb.

525.az xəbər verir ki, 300-ə yaxın ifrat sağçı və rusiyapərəst qrup Ukraynaya silah göndərilməsinə etiraz etmək üçün Kadorna meydanına toplaşıb. Məşəllər və İtaliya bayraqları ilə gəzən ifrat sağçılar "Biz müharibəyə qarşı birik" və "Rusiya düşmənçiliyinə yox" yazılmış plakatlar qaldırıblar. Onlar yürüş zamanı məşəl yandıraraq müharibənin əleyhinə olduqlarını bəyan ediblər.

Şəhərin başqa bir nöqtəsi olan Duomo yaxınlığındakı Qahiroli meydanında isə 500-dən çox solçu qrup müharibəyə və faşizmə etiraz etmək üçün bir araya gəlib. Bir müddət sonra solçu qrup ifrat sağçıların yerləşdiyi əraziyə doğru yürüş etmək istəyib və təhlükəsizlik qüvvələri bunun qarşısını alıb. Polislə solçular arasında şiddətli dava olarkən, təhlükəsizlik qüvvələri dəyənəklərlə onlara müdaxilə edib.

Qeyd edək ki, İtaliya mətbuatında yer alan xəbərə görə, hadisələrdə 1 polis yaralanıb.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et