525.Az

Laborant işləmək istəyən 1483 nəfər imtahan verib


 

Laborant işləmək istəyən 1483 nəfər imtahan verib<b style="color:red"></b>


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən xəbərə əsasən, paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunan test imtahanında 1483 nəfər iştirak edib.

İmtahanda namizədlərə informatika üzrə 20, qanunvericilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığının cavablandırıması üçün 100 dəqiqə vaxt verilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə laborant vəzifəsi üzrə 180 vakant yer mövcuddur.

Sevinc Qarayeva 

 





05.12.2022    çap et  çap et