525.Az

OPEC+ hasilat siyasətini dəyişməyib


 

OPEC+ hasilat siyasətini dəyişməyib<b style="color:red"></b>

OPEC+ Çin iqtisadiyyatındakı yavaşlamanın neft bazarlarında tələbata təsirini və G7-nin Rusiya neftinə tətbiq etdiyi yüksək həddi qiymətləndirsə də, hasilat hədəflərini dəyişməyib.

525.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın başçılıq etdiyi digər ixracatçı ölkələrdən ibarət OPEC+ toplantısından iki gün əvvəl G7 ölkələri yüksək hədd tətbiqini təqdim etmişdi. Çində və dünyada azalan tələb və yüksək faizlər səbəbiylə oktyabr ayından neft qiymətlərinin enməsi ilə təşkilatın yenidən hasilatı azalda biləcəyi gözləntiləri var idi. Lakin dünən keçirilən iclasda heç bir siyasət dəyişikliyi edilməyib.

Qeyd edək ki, OPEC+ ölkələrinin əsas nazirləri fevralın 1-də monitorinq komitəsi çərçivəsində görüşəcəklər, lakin növbəti genişmiqyaslı görüşün növbəti ilin iyunun 3-ü və 4-də keçirilməsi gözlənilir.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et