525.Az

Milli Kitabxana Rusiya- Azərbaycan mədəniyyət dialoqunda iştirak edib


 

Milli Kitabxana Rusiya- Azərbaycan mədəniyyət dialoqunda iştirak edib<b style="color:red"></b>

Dekabrın 5-dəMilli Kitabxana “Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət xadimlərinin dialoqu: 30illik uğurlu əməkdaşlıq” mövzusulu forumda təmsil olunub. 

Məlum olduğu kimi, dekabrın 4-dən 6-dəkölkəmizdə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rus Kitab Evinin təşkilatçılığı ilə “Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət xadimlərinin dialoqu: 30illik uğurlu əməkdaşlıq” mövzusunda forumu keçirilib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov forumda məruzə ilə çıxış edib.

O, Azərbaycan ilə Rusiya arasındakı mədəni əlaqələrin tarixindən danışaraq, Milli Kitabxananın Rusiyanın bir çox aparıcı kitabxanaları, xüsusən, Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq, informasiya, təcrübə mübadiləsi etdiyini vurğulayıb. Bildirib ki, Milli Kitabxana dünyanın 60-ayaxın ölkəsi ilə beynəlxalq kitab mübadiləsi işini həyata keçirir, kitabxananın Beynəlxalq Əməkdaşlıq zalında müxtəlif ölkələrin ədəbiyyatına, tarixinə, mədəniyyətinə dairnəşrlər nümayiş olunur. Həmçinin, direktor bu il ölkəmizdə təşkil olunan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisindən, Milli Kitabxananın sərgi çərçivəsində keçirdiyi tədbirlərdən danışıb. Vuğulayıb ki, gələn Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi olacaq, yubiley çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) növbəti iclası Bakıda keçiriləcək.
 

 

 





05.12.2022    çap et  çap et