|
|
|
|
Yeni Zelandiya hökuməti "Google" və "Meta" (Facebook) kimi böyük onlayn rəqəmsal şirkətlərin, Yeni Zelandiya media şirkətlərinə yerli xəbər məzmunlarına görə ödəniş etmələrini tələb edən qanunu qəbul edəcəyini bildirib.
525.az xəbər verir ki, yayım naziri Villi Cekson verdiyi açıqlamada, qanunvericiliyin Avstraliya və Kanadadakı oxşar qanunlar əsasında modelləşdiriləcəyinə və rəqəmsal platformaların yerli xəbər agentlikləri ilə razılığa gəlməsi üçün stimul olacağına ümid etdiyini deyib. Cekson: "Yeni Zelandiya xəbər mediası, xüsusilə də kiçik regional və icma qəzetləri maliyyə cəhətdən ayaqda qalmaq üçün mübarizə aparır. Onların xəbər məzmunundan faydalananların əslində bunun üçün pul ödəməsi vacibdir", - deyib. Yeni qanun hakim Leyboristlər Partiyasının əksəriyyətinin qəbul edəcəyi gözlənilən parlament səsverməsinə gedəcək.
Qeyd edək ki, Avstraliya 2021-ci ildə hökumətə media orqanları və internet şirkətləri ilə məzmun tədarükü müqavilələrini müzakirə etmək səlahiyyətini verən qanun qəbul edib və keçən həftə Avstraliya hökuməti tərəfindən yayımlanan araşdırma, tədbirlərin əsasən işlədiyini müəyyən edib.
Məhəmməd Tağıyev