525.Az

Makronun Putinlə danışıqlar aparmaq istəyinin məqsədi nədir? - ŞƏRH


 

Makronun Putinlə danışıqlar aparmaq istəyinin məqsədi nədir? - <b style="color:red">ŞƏRH</b>

Politoloq Topornin Makronun Putinlə təmaslarını Ukraynadakı münaqişəni həll etmək istəyi ilə izah edib.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ərazisində müharibəni başa çatdırmaq istəyinə görə Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa çalışır. Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin məsələylə bağlı:“Yəqin ki, Makronun bu işdə Putin fiquru ilə əsas marağı ondan ibarətdir ki, Rusiya münaqişədə iştirak edir və Rusiya bu münaqişədə dominantdır. Münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü Rusiyadan asılıdır. Təbii ki, Makron təkcə Rusiya və Ukraynaya deyil, bütün Avropaya, Fransaya, Almaniyaya və digər ölkələrə sərfəli olan sülhün əldə olunması ilə bağlı narahatlıqlara əsaslanaraq Putinə belə ciddi maraq göstərir" - deyə politoloq izah edib.

O, həmçinin: "Makron belə bir münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğu mövqeyindədir, bu və ya digər formada hərbi əməliyyatlar onsuz da davam edəcək", - deyib.

Politoloq hesab edir ki, nə Ukrayna, nə də Rusiya son nəticədə bu qarşıdurmada qalib gələ bilməz: "Tərəflər danışıqlar masasına əyləşərsə, yeni formul tapmaq şansı var. Buna görə də o, tərəfləri danışıqlar masasına oturtmağa çalışmaq üçün heç bir səy göstərmir. Zelenski ilə daha asan olsa da, Putinlə vəziyyət fərqlidir. Avropa liderləri, ABŞ Prezidenti Putinin sülh danışıqlarına hazır olduğunu görmür. Ona görə də çoxların fikrinə əsasən döyüş meydanında vəziyyətin həllini gözləməlidir. Qərb liderlərinin Putinə qarşı müxtəlif mövqeləri var, kimsə təmas axtarır, kimsə onunla sülhdən danışmağın mənasız olduğunu düşünür”, - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, Vladimir Putinlə birbaşa dialoqun davam etdirilməsini zəruri hesab edir. Makron əlavə edib ki, Ukrayna ərazisində münaqişənin hərbi yolla həllini görmür. Onun sözlərinə görə, hərbi əməliyyatları dayandırmağın yeganə yolu danışıqlar masası arxasına əyləşməkdir.

Havar Şəfiyeva

 





05.12.2022    çap et  çap et