525.Az

Almaniyada inflyasiya Milad hədiyyələrinə təsir edib


 

Almaniyada inflyasiya Milad hədiyyələrinə təsir edib<b style="color:red"></b>

"Bild" qəzeti Yeni Sosial Münasibətlər İnstitutunun (INSA) sorğusunun nəticələrinə əsasən, almanların demək olar ki, dörddə birinin yüksək inflyasiya səbəbindən bu il Milad hədiyyələri ala bilməyəcəyini bildirilib.

525.az xəbər verir ki, hesabat, respondentlərin 23 faizi heç bir Milad hədiyyəsi almayacaqlarını, 22 faizi isə hədiyyə almaq üçün əmanətlərindən istifadə etməli olacağını ortaya qoyub. 3 faizin isə hədiyyə almaq üçün borclarını ödəməli ola biləcəyini söylənilib. Ümumilikdə, sorğuda iştirak edənlərin yarısından azı Milad alış-verişlərini büdcələrinə uyğunlaşdıra bildiklərini qeyd edib. "Bild" həmçinin, 120-dən çox məşhur Milad hədiyyəsinin qiymətinin 2021-ci ilə nisbətən təxminən 56 faiz artdığını bildirib.

Qeyd edək ki, agentlik hələ noyabr ayı üçün məlumatları açıqlamasa da, inflyasiyanın 10 faizin üzərində olacağını gözləyir.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et