525.Az

Efiopiyadakı üsyançılar cəbhədən geri çəkilib


 

Efiopiyadakı üsyançılar cəbhədən geri çəkilib<b style="color:red"></b>

Efiopiyada mərkəzi hökumətə qarşı üsyan edən Tiqray Xalq Azadlıq Cəbhəsinin (TPLF) 65 faizi əldə olunan razılaşma nəticəsində cəbhədən geri çəkilib.

525.az xəbər verir ki, TPLF liderlərindən biri olan Tadesse Vereda sosial media hesabında qoşunlarının 65 faizinin cəbhədən geri çəkildiyini açıqlayıb. TPLF üzvlərinin bəzilərinin hələ də meydanda olduğunu və xalqa kömək etdiyini bildirən Vereda: "Əsgərlərimiz cəbhə xəttindən piyada və ya maşınlarla düşərgələrə çəkilir", - deyib. Cənubi Afrikada aparılan danışıqlardan sonra Əddis-Əbəbə hökuməti ilə üsyançı TPLF arasında atəşkəs sazişi imzalanıb.

Qeyd edək ki, Efiopiyada ordu ilə TPLF arasında 2020-ci ilin noyabrında başlayan qarşıdurmalar minlərlə insanın ölümünə və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et