525.Az

Putin Ukraynaya qarşı ən ağır cinayətləri əmr edir - Şolts


 

Putin Ukraynaya qarşı ən ağır cinayətləri əmr edir - <b style="color:red">Şolts</b>

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini "ölkəsini fəlakətli sürüşkən yola saldığını" əsas gətirərək tənqid edib.

525.az xəbər verir ki, Şolts, Rusiya insan haqları təşkilatı "Memorial"a Beynəlxalq Anlaşma və Barışıq üçün Marion Dönhoff Mükafatının təqdimat mərasimindəki çıxışında: "Putin Ukraynaya qarşı ən ağır cinayətləri əmr edir və eyni zamanda öz ölkəsini fəlakətə sürükləyir", - deyib. Rusiya Prezidenti Putinin Ukraynaya qarşı müharibədə ümidsizcə məğlub olduğunu iddia edən Şolts: "Müdafiəsiz mülki əhaliyə, uşaqlara, qadınlara, qocalara raket zərbələri endirməklə nəinki beynəlxalq hüququ kobud şəkildə pozur, həm də ağlasığmaz mənəvi uçuruma yol açır", - ifadələrini işlədib.

Qeyd edək ki, Ukraynanın müharibədə məğlub olmamasının lazımlığını vurğulayan Şolts, Rusiya qoşunlarını çıxarana qədər Ukraynaya dəstəyi davam etdirəcəklərini bildirib.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et