525.Az

Putin LGBT təbliğatına qarşı qanunu təsdiqləyib


 

Putin LGBT təbliğatına qarşı qanunu təsdiqləyib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin, pedofiliya və cinsiyyət dəyişikliyinə səbəb ola biləcək informasiya təbliğatını qadağan edən qanun qəbul edib.

525.az xəbər verir ki, Putinin təsdiq etdiyi qanunla ölkədə LGBT təbliğatı qadağan edilib. Buna görə də kütləvi informasiya vasitələri, internet, reklamlar, ədəbi əsərlər və kino vasitəsilə cinsiyyətin dəyişdirilməsi  və pedofiliyanın yayılması qanunsuz sayılacaq. Uşaqların LGBT ilə bağlı məlumatları dinləmək və izləmək imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqini də nəzərdə tutan qanuna hökumətin səlahiyyət verdiyi bir təşkilat nəzarət edəcək.

Qeyd edək ki, qanunun pozulması hallarında tətbiq olunacaq cərimələr 10 milyon rubla qədər nəzərdə tutulub.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et