525.Az

Koreya hökuməti Şimali Koreyada insan haqlarını müzakirə edəcək


 

Koreya hökuməti Şimali Koreyada insan haqlarını müzakirə edəcək<b style="color:red"></b>

Koreya Respublikasının Birləşmə Nazirliyi insan hüquqlarının yaxşılaşdırılması məqsədi ilə Şimali Koreyada insan haqlarının vəziyyəti ilə bağlı idarələrarası hökumət iclası keçirməyi planlaşdırdığını açıqlayıb.

525.az xəbər verir ki, Koreya Respublikasının Birləşmə Nazirliyi cümə günü Şimali Koreyadakı insan haqlarının vəziyyəti ilə bağlı iclas keçirəcək. İclasa nazir müavini Kim Ki-woong sədrlik edəcək. Xarici İşlər və Ədliyyə nazirliklərinin yüksək rütbəli rəsmilərinin iştirak edəcəyi iclasda, hökumətin Şimalda insan haqlarını dəstəkləmək üçün əsas planı müzakirə olunacaq.

Məhəmməd Tağıyev

 





05.12.2022    çap et  çap et