Pakistanın energetika nazirinin neft üzrə müavini Musadiq Məsud Malik bildirib ki, Rusiya Pakistana güzəştli xam neft və mazut tədarük etmək qərarına gəlib.
525.az xəbər verir ki, keçən həftə neft və təbii qaz təchizatını müzakirə etmək üçün Moskvaya gedən Malik, paytaxt İslamabadda mətbuat konfransı keçirib. Rusiyaya səfərinin gözlədiklərindən daha konstruktiv keçdiyini dilə gətirən Malik, Rusiyanın Pakistana güzəştli xam neft və yanacaq verməyə qərar verdiyini açıqlayıb. Moskvanın beynəlxalq təzyiqlərə görə kifayət qədər maye qaza (LNG) sahib olmadığını bildirən Malik, LNG ilə bağlı özəl rus şirkətləri ilə danışıqlara başladıqlarını bildirib.
Qeyd edək ki, iki ölkə arasında çəkilməsi planlaşdırılan təbii qaz kəməri layihələri ilə bağlı irəliləyişlərin olduğunu vurğulayan Malik, gələn ay Rusiyadan bir nümayəndə heyətinin İslamabada səfər edəcəyini deyib.
Məhəmməd Tağıyev
çap et