525.Az

Xəstəxanaya kiberhücum: 6 xəstə köçürülüb


 

Xəstəxanaya kiberhücum: 6 xəstə köçürülüb<b style="color:red"></b>

Fransada Versal Mərkəzi Xəstəxanasına edilən kiberhücumdan sonra 6 xəstə başqa yerə köçürülüb.

525.az xəbər verir ki, Yvelines əyalətində müxtəlif xəstəxana və qurumlar tərəfindən yaradılan Versal Mərkəzi Xəstəxanası şənbə günü axşam kiberhücuma məruz qalıb. Hücuma görə məsuliyyəti bir qrup xakker öz üzərinə götürüb. Təsirli olan hücumdan sonra 6 xəstə bölgədəki digər xəstəxanalara yerləşdirilib.

3 min işçisi olan xəstəxana mərkəzinin elektron poçtla əlaqəsi də kəsilib. Hadisə ilə bağlı böhran bölməsi yaradılıb və kiberhücumla bağlı aidiyyatı orqanlara şikayət edilib.

Qeyd edək ki, Fransanın səhiyyə naziri Fransua Braun, hücumun bütün xəstəxananın yenidən təşkilinə səbəb olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et