525.Az

Tərəflər Konqonun sülhü üçün bir araya gələcək


 

Tərəflər Konqonun sülhü üçün bir araya gələcək<b style="color:red"></b>

Keniyanın paytaxtı Nayrobidə Konqo Demokratik Respublikasında hökumət və silahlı qruplar arasında sülh danışıqlarının yekun iclası keçiriləcək.

525.az xəbər verir ki, Şərqi Afrika İcması (AAC) adından danışıqlara ev sahibliyi edən Keniyanın keçmiş prezidenti Uhuru Kenyatta, danışıqların yekun iclasının bu gün keçiriləcəyini açıqlayıb. Dünən keçirilməsi planlaşdırılan danışıqların bağlanış iclasının təxirə salınmasında pis planlaşdırmanın təsiri olduğuna diqqət çəkən Kenyatta, müxalifət nümayəndələrinin bağlanış iclasında iştirakının yetərli olmadığını və bu səbəbdən də bağlanış iclasının bu gün keçirilicəyini paylaşıb.

Qeyd edək ki, Konqo Demokratik Respublikası (KDC) hökuməti ilə silahlı qruplar arasında təxirə salınmış sülh danışıqları noyabrın 28-də Keniyanın paytaxtı Nayrobidə bərpa edilmişdi.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et