525.Az

ABŞ və Aİ-nin Çinə gömrük vergisi planı


 

ABŞ və Aİ-nin Çinə gömrük vergisi planı<b style="color:red"></b>

ABŞ və Avropa İttifaqı (Aİ) karbon emissiyaları ilə mübarizə çərçivəsində Çindən idxal edilən polad və alüminiuma yeni gömrük rüsumları tətbiq etməyi düşünür.

525.az xəbər verir ki, dünya polad istehsalının yarıdan çoxunu istehsal edən Çin, Aİ və ABŞ tərəfindən həddindən artıq güc yaratmaqla milli polad sənayesi üçün təhlükə yaratmaqda ittiham olunur. "Bloomberg"in mövzuya yaxın mənbələrə əsaslanan xəbərinə görə, ABŞ Prezidenti Co Bayden, rəhbərliyinin Çindən idxal edilən polad və alüminiuma rüsum tətbiq etməsi təklifi gündəmə gəlib.

Qiymətləndirmələrin isə hələ ilkin mərhələdə olduğu və rəsmi təklif olunmadığı bildirilib. Həmçinin, ABŞ-ın gələn ilin sonuna kimi Aİ ilə gömrük rüsumu ilə bağlı razılığa gələ biləcəyi qeyd edilib.

Qeyd edək ki, Çin dünyada poladın 60 faizindən çoxunu və alüminiumun 57 faizini istehsal edir.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et