525.Az

Mundial tarixində bunu bacaran 3-cü qapıçı oldu


 

Mundial tarixində bunu bacaran 3-cü qapıçı oldu<b style="color:red"></b>


Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç yeni uğura imza atıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin 1/8 finalında Yaponiya ilə matçda (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:1) penaltilər seriyasında üç zərbəni dəf etməklə nail olub. Beləliklə, 27 yaşlı qolkiper mundial tarixində bir oyunda üç penaltini dəf etməyi bacaran 3-cü qapıçı olub.

Bunu əvvəl DÇ-2006-da Portuqaliya millisinin qapıçısı Rikardo İngiltərəyə qarşı matçda, DÇ-2018-də Xorvatiya yığmasının qolkiperi Daniel Subaşiç Danimarka ilə görüşdə 3 penaltini dəf edib.

 





06.12.2022    çap et  çap et