525.Az

XII “Fənlərin Dostluğu Olimpiadası” başa çatıb


 

XII  “Fənlərin Dostluğu Olimpiadası” başa çatıb<b style="color:red"></b>

4 dekabr 2022-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş XII “Fənlərin Dostluğu Olimpiadası” keçirilib. 

525.az xəbər verir ki, builki olimpiadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, respublikamızın 10-dan çox şəhər və rayonlarını təmsil edən 1678 nəfər şagird öz biliyini sınayıb. Karantin qaydalarına uyğun təşkil olunan olimpiada Bakı, Sumqayıt, Xırdalan şəhərlərində 9 imtahan mərkəzində keçirilib.

Ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX-X sinif şagirdləri arasında təşkil olunan olimpiadada iştirakçılar  2 saat müddətində 50 sualı cavablandırıblar. Suallar 2-6 fənli olmaqla inteqrasiya əsasında tərtib olunmuşdu. 

Bir həftə sonra olimpiadanın nəticələri layihənin rəsmi elektron ünvanı olan  www.inteqrasiya.az saytında elan olunacaq. Dekabr ayının sonuncu ongünlüyündə FDO-12 qaliblərinin mükafatlandırılma mərasimi baş tutacaq. 

Xatırladaq ki, XII “Fənlərin Dostluğu Olimpiadası” Azərbaycan Dövlət İqtisad Universiteti və “Hədəf Qrup”un birgə təşkilatçılığı ilə keçirildi. 

 





06.12.2022    çap et  çap et