525.Az

“Məktəbdə...” layihəsinin növbəti qonağı Sabir Rüstəmxanlı olacaq


 

“Məktəbdə...” layihəsinin növbəti qonağı Sabir Rüstəmxanlı olacaq<b style="color:red"></b>


“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 7-də Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən məlumata görə, İdarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı olacaq.

Görüşdə vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin, müəllimlərin rolu, mütaliə vərdişləri, mənəvi keyfiyyətlərin insan taleyindəki yeri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi, təşəbbüskarlıq və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Sevinc Qarayeva 

 





06.12.2022    çap et  çap et