525.Az

"Türkiyə və Azərbaycan iki qardaş ölkədir"


 

"Türkiyə və Azərbaycan iki qardaş ölkədir"<b style="color:red"></b>

"Hər cür təhdid və təhlükəyə qarşı Azərbaycanla birlikdə mübarizə aparacağıq"

525.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərini izləyərkən deyib.

Nazir vurğulayıb ki, bütün dünya iki ölkənin qardaşlığını 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqların azad olunması zamanı gördü.

O bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir:

"Hər cür təhdid və təhlükəyə qarşı birlikdə mübarizə aparacağıq. 20 illik əzmkarlığın, qətiyyətin nəticəsində əldə edilən zəfər sayəsində regionda uzun illərdən sonra sabitlik təmin olundu”.

 

 





06.12.2022    çap et  çap et