525.Az

İranda təxribat törətməkdə ittiham olunan 12 nəfər saxlanılıb


 

İranda təxribat törətməkdə ittiham olunan 12 nəfər saxlanılıb<b style="color:red"></b>

İran öz mərkəzi əyalətində Almaniya və Niderlandda rejim əleyhinə təxribat aksiyaları planlaşdırmaqda ittiham olunan 12 nəfərin saxlanıldığını açıqlayıb.

525.az xəbər verir ki, İranın yarı rəsmi xəbər agentliyi "Tesnim"in İnqilab Keşikçiləri Ordusunun açıqlamasına əsaslanan xəbərinə görə, Tehranın cənub-qərbində yerləşən mərkəzi əyalətdə təxribat aksiyaları planlaşdırmaqda ittiham olunan 12 nəfərlik qrup üzvləri saxlanılıb.

Açıqlamada: "Bu şəbəkə üzvləri Almaniya və Niderlandda yaşayan anti-inqilabçı ünsürlərin rəhbərliyi ilə milli təhlükəsizliyə qarşı fəaliyyətlər həyata keçirmək üçün odlu silah tədarük edərək, ölkədə təxribat fəaliyyəti həyata keçirməyi hədəfləyib", - ifadələri işlədilib.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et