525.Az

Yapon milyarder: "Kosmosla bağlı böyük açıqlama verəcəyəm"


 

Yapon milyarder: "Kosmosla bağlı böyük açıqlama verəcəyəm"<b style="color:red"></b>

Yapon milyarder Yusaku Maezava "SpaceX" sahibi İlon Mask ilə görüşdən sonra kosmosla bağlı "böyük açıqlama" verəcəyini açıqlayıb.

525.az xəbər verir ki, "Zozo Inc 3092.T" onlayn moda saytının yaradıcısı Yusaku Maezava keçən ilin dekabrında "Soyuz" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) turistik səfər etmişdi.

O, 2023-cü ildə Maskın raket və peyk şirkəti "SpaceX" ilə Ay ətrafında səyahət etməyi planlaşdırır. 47 yaşlı sahibkar "Twitter" hesabında, Mask ilə onlayn söhbət etdiyini və dekabrın 9-da kosmosla bağlı böyük bir açıqlama verə biləcəyini bildirib.

Qeyd edək ki, kosmos həvəskarı Maezava 2023-cü ilə planlaşdırılan həftəlik uçuşla "SpaceX Moon" missiyasının ilk şəxsi sərnişini olacaq.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et