"İran ümumiyyətlə azərbaycanlıları və güclü Azərbaycanın olmasını istəmir".
525.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O, Azərbaycanın 30 il ərzində İrandan xəyanətlər gördüyünü vurğulayıb. Deputat bildirib ki, İran ancaq Ermənistana yardım və kömək edib.
Z.Əsgərov həmçinin qeyd edib ki, İran bir dəfə olsun Azərbaycanı müdafiə etməyib.