525.Az

Bakıda Qazaxıstanın kino günləri keçiriləcək


 

Bakıda Qazaxıstanın kino günləri keçiriləcək<b style="color:red"></b>

Dekabrın 10-11-də Bakıda Qazaxıstanın kino günləri keçiriləcək.

Bu barədə 525-az-a Qazaxıstan səfirliyindən məlumat verilib.

Kino günlərində tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.

Filmləri “Kenje Kiz” cizgi filminin rejissoru İvan Ardaşov və “Alga” filminin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcək.

Filmlər Nizami kino mərkəzində nümayiş olunacaq.  

Giriş sərbəstdir.

 

 





06.12.2022    çap et  çap et