525.Az

Maliyyə Nazirliyindən hərbçilərə şad xəbər


 

Maliyyə Nazirliyindən hərbçilərə şad xəbər<b style="color:red"></b> Prezidentin Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi davam edir, komissiyanın mütəmadi olaraq keçirilən iclaslarında 20 təqvim ilini dolduran və fərmanla müəyyənləşdirilmiş meyarlara cavab verən hərbi qulluqçular mənzil növbəsinə qəbul olunurlar. İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan daha 32 nəfərin dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Bununla da, bu günə qədər Komissiya tərəfindən qəbul edilmiş qərarlarla müvafiq mənzillər 245 hərbi qulluqçunun mülkiyyətinə verilib.
 





26.06.2014    çap et  çap et