525.Az

Məktəb direktorlarının adaptasiya proqramına başlanılır


 

Məktəb direktorlarının adaptasiya proqramına başlanılır<b style="color:red"></b>

Dekabrın 8-dən etibarən ümumi təhsil müəssisələrinə cari tədris ilində işə qəbul olmuş direktorların adaptasiya proqramına start veriləcək.

Elm və Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, proqram çərçivəsində “Kadr kargüzarlığının aparılması, işə qəbulun rəsmiləşdirilməsi”, “Təhsilin keyfiyyətinin artırılmasında məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Şagird nailiyyətlərinin artırılması”, “İdarəetmədə komanda fəaliyyətinin rolu və heyətin motivasiyası”, “Ümumi təhsil müəssisəsinin fəaliyyət planının hazırlanması” “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifləşdirilmə cədvəllərinin hazırlanması” və digər mövzularda təlimlər keçiriləcək.

Təlimlər “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək.

Xatırladaq ki, cari tədris ilində 283 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib.

Sevinc Qarayeva 

 





06.12.2022    çap et  çap et