525.Az

62 nəfər koronavirusa yoluxub


 

62 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, hazırda 292 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 662, bu günə qədər isə ümumilikdə 7 385 915 test icra olunub.

 





06.12.2022    çap et  çap et