525.Az

Düsseldorfda Milad bazarları bağlanıb


 

Düsseldorfda Milad bazarları bağlanıb<b style="color:red"></b>

Almaniyanın Düsseldorf şəhərində polisin bazara qarşı təhdid mesajı almasından sonra şəhərin mərkəzindəki Milad bazarları təhlükəsizlik məqsədilə bağlanıb.

525.az xəbər verir ki, alman mətbuatı, bir şəxsin polisi yük maşını ilə bələdiyyə binası ərazisindəki Milad bazarına girməklə hədələdiyini və polisin hadisə yerində olduğu, hələlik heç bir neqativ halın olmadığı bildirilib. Daha əvvəl paytaxt Berlinin Alexanderplatz meydanında Milad bazarına gedən yollar bir nəfərin avtomobilini izdihamın üzərinə sürməyi planlaşdırdığı barədə təhdidindən sonra polis tərəfindən nəqliyyatın hərəkətinə bağlanılmışdı. Təxminən 3 saatdan sonra isə bazar yeri üçün təhlükə olmadığı bildirilmişdi.

Qeyd edək ki, 2016-cı ildə Berlində bir nəfərin oğurlanmış yük maşını ilə Milad bazarına girməsi nəticəsində 12 nəfər həlak olmuşdu.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et