525.Az

Transformator hücumunu FTB araşdıracaq


 

Transformator hücumunu FTB araşdıracaq<b style="color:red"></b>

ABŞ-ın Şimali Karolina ştatında təxminən 40 min insanın işıqsız qalmasına səbəb olan yarımstansiyaya hücumla bağlı istintaqa Federal Təhqiqat Bürosunun (FTB) daxil edildiyi bildirilib.

525.az xəbər verir ki, Moore Rayon Şerif Ofisi açıqlamasında, yarımstansiyada həftəsonu baş verən atışmanın qəsdən törədildiyinə inandığı bildirib. Hücumun səbəbkarları və motivləri ilə bağlı hələlik heç bir məlumat paylaşılmasa da, FTB-nin də istintaqa cəlb edildiyi bildirilib.

Rəsmilər hücumun yarımstansiyaya milyonlarla dollar ziyan vurduğunu və təmirin bir neçə gün çəkə biləcəyini deyirlər. Yarımstansiya təmir olunana və əlavə təlimatlar verilənə qədər isə ərazidəki məktəblər bağlı olacaq.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et