525.Az

Sürət həddini aşan sürücülərin avtomobilləri müsadirə olunacaq


 

Sürət həddini aşan sürücülərin avtomobilləri müsadirə olunacaq<b style="color:red"></b>

Avstriyanın ətraf mühit, energetika və nəqliyyat naziri Leonore Gevessler sürət həddini aşan sürücülərin ətraf mühitə ciddi təhlükə yaratdığını və onların avtomobillərinin müsadirə olunacağını bildirib.

525.az xəbər verir ki, Gevessler, mətbuat konfransında, trafikdə sürət həddini aşanlar üçün hazırlanan yeni qanun layihəsini xalqla paylaşıb. Nazir, həddindən artıq sürətlə maşın sürənlərin ətraflarına ciddi təhlükə yaratdığını və sözügedən şəxslərdən "cinayət elementini (avtomobil)" alacaqlarını bildirib.

O, sürət həddini aşan sürücülərin nəqliyyata nəzarətini tamamilə itirdiyini və beləliklə də ölümlə nəticələnən qəzaların baş verdiyini qeyd edib.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et