525.Az

Britaniya hökumətinə ərzaq böhranı ilə bağlı xəbərdarlıq


 

Britaniya hökumətinə ərzaq böhranı ilə bağlı xəbərdarlıq<b style="color:red"></b>

Britaniya Milli Kənd Təsərrüfatı Birliyinin (NFU) rəhbəri Minette Batters hökumətin tədbir görmədiyi təqdirdə ölkənin ərzaq böhranı ilə üzləşə biləcəyini bildirib.

525.az xəbər verir ki, BBC-yə danışan Batters, Britaniya hökumətini artan enerji, gübrə və xərclər qarşısında fermerləri dəstəkləməyə çağırıb, əks halda isə ölkənin ərzaq böhranı ilə üzləşə biləcəyini söyləyib. Batters: "Qlobal qeyri-sabitliyin dünyanın ərzaq istehsalının sabitliyini, ərzaq və enerji təhlükəsizliyini təhdid etdiyi bir vaxtda, Britaniyanın qida sənayesi təhlükə altındadır. Qorxuram ki, Britaniya meyvə və tərəvəz tədarükünün gələcəyi təhlükə altındadır, ölkə daha böyük ərzaq tədarükü böhranına doğru gedir", - deyib.

2019-cu ildən bu yana ölkədə gübrə qiymətlərinin 3 dəfədən çox artdığını qeyd edən Batters, sözügedən dövrdə yem və dizel qiymətlərinin də 75 faizdən çox artdığını bildirib.

Qeyd edək ki, noyabrda Britaniyada ərzaq qiymətləri 14,6 faiz artıb.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et