525.Az

Xorvatiyada "Mig-21" qırıcı təyyarəsi qəzaya uğrayıb


 

Xorvatiyada "Mig-21" qırıcı təyyarəsi qəzaya uğrayıb<b style="color:red"></b>

Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində "Mig-21" tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

525.az xəbər verir ki, Xorvatiya Müdafiə Nazirliyindən verilən açıqlamada, 2 pilotla təlim uçuşu həyata keçirən "Mig-21" tipli döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü açıqlanıb. Təyyarədəki bir pilot tapılıb, ikinci pilot üçün isə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.

Açıqlamada, ilk yardım və təhlükəsizlik qruplarının ərazidə olduğu bildirilib.

Məhəmməd Tağıyev

 





06.12.2022    çap et  çap et