525.Az

Samuxda zəlzələ olub


 

Samuxda zəlzələ olub<b style="color:red"></b>

Samuxda zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə baş verib.

Yerli vaxtla saat 20:13-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,1-ə bərabər olan zəlzələ hiss edilməyib.

 





06.12.2022    çap et  çap et