525.Az

Batman Universiteti ilə Azərbaycan universitetləri arasında əlaqələr genişləndiriləcək


 

Batman Universiteti ilə Azərbaycan universitetləri arasında əlaqələr genişləndiriləcək<b style="color:red"></b>

Azərbaycanın Türkiyədəki səfiri Batman Universitetində olub.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Görüş zamanı ali təhsil oacağının rektor enerji sahəsində ixtisaslaşmağa doğru gedən Batman universitetinin bu sahədə zəngin təcrübəsi olan Azərbaycan universitetləri ilə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Səfir universitetdə təşkil olunan "Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu" adlı konfransda da iştirak edib.

Konfransda çıxış edən Azərbaycan səfiri tələbələrə ikitərəfli münasibətlərin inkişaf dövrləri, Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonrakı dövrdə mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına zəngin töhfəsi barədə məlumat verib, həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğunu qeyd edib.

Universitet tələbələrinin mövzu ilə bağlı ilə suallarını cavablandıran səfir daha sonra universitetdə ölkəmizi tərənnüm edən kitabların, lövhələrin və suvenirlərin yer aldığı Azərbaycan otağının açılışınında iştirak edib.

 





06.12.2022    çap et  çap et