525.Az

Ukrayna böhranı ABŞ-ı Rusiyadan daha çox uzaqlaşdırıb


 

Ukrayna böhranı ABŞ-ı Rusiyadan daha çox uzaqlaşdırıb<b style="color:red"></b>

"Soyuq Müharibənin qızğın çağında belə Moskva və Vaşinqton nə olursa olsun bir-biri ilə danışırdılar".

525.az xəbər verir ki, bu sözləri ABŞ Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi Pit Taunsend deyib. O,  ABŞ və Rusiya arasında onsuz da gərgin olan münasibətlərin daha da çətinləşəcəyini bildirib.

"Mahiyyət etibarı ilə texniki xarakter daşıyan danışıqların ruslarla çox böyük fikir ayrılıqlarının olduğu geosiyasət sferasına necə keçdiyini görmək çox məyusedicidir. Onlar nəzarətdən silah kimi istifadə edirlər ”, - bu sözləri isə ABŞ-ın Cenevrədəki Nüvə Silahsızlanması Konfransının keçmiş nümayəndəsi Laura Kennedi qeyd edib.

O, bundan əvvəl görüşlər Cenevrədə keçirildiyini, lakin Moskvanın artıq İsveçrəyə bitərəf kimi baxmadığını və öz ərazisində üçüncü tərəflərlə danışıqlar aparmaq istəmədiyini də vurğulayıb. Dövlət Departamenti də öz növbəsində mümkün qədər tez yeni danışıqlar aparmağa hazır olduğunu bildirib.

Kennedi, həmçinin Rusiya tərəfinin ABŞ vətəndaşları üçün ikili vətəndaşlığı tanımaqdan imtina edə biləcəyini deyib. Rusiyanın belə şəxslərin Amerika konsulluğunun yardımına çıxışını və Rusiyanı tərk etmələrini əngəlləyə biləcəyini deyən Laura Kennedi, onların hərbi xidmətə çağırıla biləcəyindən narahatlığını da ifadə edib.

Havar Şəfiyeva

 





06.12.2022    çap et  çap et